Qoşunların təmas xəttində erməni əsgəri öldürülüb

  • Müəllif: admin
  • 13 Noyabr 2016 17:25

img2245200

 

Noyabrın 13-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda erməni əsgəri öldürülüb.

Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Vardan Arakelyan naməlum şəraitdə güllə yarası alaraq ölüb.

İnsident qoşunların təmas xəttinin cənub istiqamətində qeydə alınıb.

Hadisənin detallarının araşdırılması üçün təhqiqat aparılır.

 

Gununsesi.info