
Türkiyənin İzmir şəhərində dəmir yolunu keçən ekskavator sərnişin qatarı ilə toqquşub.
Trend-in “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində qatardakı 20 sərnişin xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Hadisə yerində xilasedicilər işləyir.
Gununsesi.info











