
Tarif Şurası qazın qiymətini diferensiallaşdırılması barədə qərar qəbul edib.
Gununsesi.info Tarif Şurasına istinadən bildirir ki, qərara görə, ildə 1500 kubmetrədək olan istehlakçılar 1 kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Artıq sosial mediada ekspertlər tərəfindən qaz və elektrik enerjisi tariflərinin kəskin artımınınölkədə sosial böhranı dərinləşəcəyinə dair fikirlər yer almaqdadır.
İqtisadi Təşəbbüslərə Yardım İctmia Birliyinin eksperti Rövşən Ağayev də bildirir ki, bu qərar əhalini sürətlə yoxsullaşdıracaq: “Hələ 2015-ci ilin əvvəllərində Dünya Bankının hesabatında qeyd edilirdi ki, Azərbaycnda 5% kiritik yoxsulluq və 28% təminatlı orta təbəqə arasında qalan 67%-lik əhali qrupu hər hansı daxili və ya xarici iqtisadi şoklar səbəbindən dərhal yoxsullar cərgəsinə düşə bilərlər.Əksinə, hökumətin dayanıqlı sosial siyasət həyata keçirəcəyi tədqidə həmin qrup tədricən orta təbəqənin sırasını genişləndirə bilər.
Bizdə 1-ci variant baş verir: neft gəlirlərinin azalması fonunda iqtisadi böhran bir tərəfdən gəlirərin və iş yerlərinin itirilməsinə səbəb olur, o biri tərəfdən hökumətin əhalinin sürətlə yoxsullaşmasının qarşını ala biləcək sosial siyasəti mövcud deyil. Əvvəla, əmək qabiliyyətli insanları onların itirdiyi iş yerləri müqabilindəçevik şəkildə alternativ iş yerləri yaratmaq gücündə olan iqtisadiyyat yoxdur. Bəyanatlarda, rəsmi statistikada olan xəyali iqtisadiyyatdan söhbət getmir, real həyatda bizim malik olduğumuz, yaramıza məlhəm qoya biləcək iqtisadiyyatdan söhbət gedir”.
Başqa tərəfdən, iqtisadçı hesab edir ki, sosial müdafiəsi bilavasitə hökumətdən asılı olan təxminən 2.5 milyon nəfərə yaxın insan var ki, sürətlə kiçilən büdcənin bu təbəqənin yaşayışının sürətl pisləşməsinin qarşısını almağa resursu yoxdur: “Söhbət, 1.3 miyon nəfər pensiyaçıdan, 800 min nəfərə yaxın büdcə işçisindən, 200 min nəfərdən artıq yoxsulluq müavinəti alan insandan gedir.
Təkcə bir faktı xatırlatma kifayətdir ki, manatın 2 dəfə ucuzaşdığı, ən zəruri istehlak mallarının səbətinin 50%-dək bahalandığı son 2 ildə həmin bu çoxmilyonlu həssas təbəqənin büdcə hesabına gəlirləri cəmi 10% indeksasiya edilib”.
R.Ağayevə görə,hökumət ölkədə yoxsulluğun miqyasının kütləvi genişlənməsinin qarşısını almağa nəinki hazır görünmür, əksinə qarşıdakı 4 il üçün açıqlanan və hər il üçün azalma ilə proqnozlaşdırılan büdcə göstəriciləri daha çox hökumətin yaranmış durum qarşısında əlacsızlığına işarədir: “Məsələn, açıqlanan proqnozlara görə, 2020-ci ildə büdcə xərcləri 2016-cı ilin göstəricidindən azı 3 mlrd. manat az olacaq.
90-cı illərdə sosialist sisteminin bazar iqtisadiyyatına transformasiyası ilə bağlı “şok terapiyası” islahatları geniş yayılmışdı. Qiymətlərin liberallaşdırılması nəticəsindəəhalinin üzləşdiyi şoka hökumət dövlətsizləşdirmə, pul kütləsinin kəskin azaldılması, özəl sektora geniş meydan verməklə cavab verirdi.
Bizdəisəindişokvar, ammaterapiyayoxdu.Hökuməthəttanəhəngsərmayələrhesabınaayaqdasaxlayabilmədiyi, keyfiyyətlixidmətinelementarnümunələriniyaradabilmədiyikommunalsektoru (qaz, elektrik, su, məişəttullantılarınındaşınması, isitmə) məmurmonopoliyasındançıxarıbkonsessiyamüqavilələriəsasında, şəffaftenderlərvasitəsiləözəlsektoraötürməyətələsmir.Həttaözidarəçiliyindəsaxladığışəraitdəbelə, buşirkətlərəkorporatividarəçilikprinsiplərigətirməyə, onlarınşəffaflğınıtəminetməyəmaraqlıgörünmür.
İndi isəislahatlarçoxgecgörünür – vaxtıkeçmiş, ağırlaşmışxəstəlikkimi”.
VüsaləRüstəmova
Gununsesi.info











