
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, həmişə qeyri-adi hərəkətləri ilə bütün dünyanın diqqət mərkəzində olan Şimali Koreya Respublikasının başçısı Kim Jonq Kubanın əfsanəvi lideri Fidel Kastronun ölümü ilə əlaqədar ölkədə üç günlük matəm elan edib. Onun ölkədə bayraqları yarıya qədər endirdiyi və Kuba səfirliyinə əklil göndərdiyi açıqlanıb. Fidel Kastro uzun müddətdən sonra Şimali Koreyada ölümü üçün yas tutulan ilk əcnəbi liderdir. Çünki bu ölkədə sonuncu dəfə 2004-cü ildə Fələstin lideri Yassər Arafatın ölümü ilə əlaqədar matəm elan edilmişdi.
Nigar Cəfərli
Gununsesi.info












