Bakı İrəvanla deyil Moskava ilə danışıqlara başlamalıdır - DEPUTAT

  • Müəllif: admin
  • 29 Noyabr 2016 12:36

asimmm

 

Ermənistan Rusiyanın  hərbi əyaləti olduğundan Azərbaycan Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya ilə danışıqlara başlamalıdır.

Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Asim Mollazadə parlamentin bu gün keçirilən plenar iclasında dilə gətirib.

Onun sözlərinə görə, Ermənistan bu gün faktiki olaraq Rusiyanın bir hərbi əyaləti olduğundan müstəqil ölkə deyil.

“Müstəqil olmadığından da Ermənistan danışıqlar prosesində imitasiya ilə məşğuldur. Yaranmış vəziyyəti nəzərə alaraq Azərbaycan Ermənistanla münaqişənin həlli ilə bağlı aparılan danışıqlardan imtina etməlidir. Bakı danışıqları ermənlərlə deyil, onların ağası olan Rusiya ilə aparmalıdır”- deyə, millət vəkili vurğualyıb.

Xocalı faciəsinin günahkarlarının əksəriyyətinin Rusiyada gizləndiyini deyən millət vəkili təklif edib ki, Azərbaycan Rusiyaya müraciət edərək Xocalı soyqrımını törədən 366-cı alayın hərbçilərinin və orada gizlənən ermənilərin Azərbayacana təhvilinə nail olmalıdır.

“Çünki Azərbaycanla Rusiya arasında cinayətkarların ekstradisyası haqqında saziş var. Biz bu sazişdən yaralanaraq, Rusiyadan bu cinayətkarların Azərbaycana təhvil verilməsinə və onlar üzərində xarici hakimlərin iştirakı ilə məhkəmənin təşkil olunmasına nail olmalıyıq”- deyə, o vurğulayıb.

O, əlavə edib ki, biz xarici hakim və vəkillərin iştirakı ilə belə bir məhkəməni təşkil etməklə, Xocalı soyqrımının beynəlxalq hüquqi müstəvidə tanınmasına nail ola bilərik.

“Əgər Rusiya iki ölkə arasında imzalanan sazişə əməl etməzsə, o zaman bu sazişdən imtina edilməlidir” -deyə, o bildirib.

Mürtəza

Gununsesi.info