
Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
Gununsesi.info Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 3 gün keçiriləcək yarışda ölkəmizin bütün bölgələrindən olan yeniyetmə cüdoçular iştirak edəcəklər. Bu yaxınlarda baş tutan Bakı birinciliyi və region yarışlarının mükafatçıları, perespektivli yeniyetmələr respublika çempionatında medallar uğrunda mübarizə aparacaqlar.
Anar
Gununsesi.info









