Oqtay Əsədov “bəhrə”dən danışdı: - SƏRMAYƏLƏRİN NƏTİCƏSİNİ GƏLƏN İL GÖRƏCƏYİK

  • Müəllif: admin
  • 07 Dekabr 2016 18:17
oqtay-asadov
İki il bundan  əvvəl  qeyri-neft sektorunun inkiaşfına yatırılan sərmayələrin nəticəsini növbəti ildə  bəhrəsini görəcəyik.
Gununsesi.info xəbər verir ki. bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.
Onun sözlərinə görə, iqtisadiyyat nazirinin çıxşından belə başa düşüb ki, 2 və 2,5 il bundan öncə ölkənin qeyri-neft sahəsinin inkişafı ilə bağlı yatırılan sərmayələrin bəhrəsini məhz növbəti ildən  görməy başlayacağıq.
İqtisadiyyat naziri isə bildirdi ki, növbəti ildə turizm sahəsində 7,4 %, nəqliyyat yükdaşımada 2,4 %,   kənd təsərrüfatı sahəsində, rabita və digər sahələrdə də artım  nəzərdə tutulur: “Növbəti ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı 13 istiqamət üzrə  proqram hazırlanıb və hər istiqamət üzrə tədbrilər həyata keçiriləcək”.
Mürtəza
Gununsesi.info