Elmar Məmmədyarov və Nalbandyan şam yeməyi yedilər

  • Müəllif: admin
  • 09 Dekabr 2016 16:07
elmarmemedyarov_nalbandyan
İrəvanın destruktiv siyasəti nəticəsində Azərbaycan, Ermənistan, Rusiya, Fransa, ABŞ Dövlət katibinin görüşü baş tutmayıb. 
Gununsesi.info xəbər verir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Elmar Məmmdəyarov və Edvard Nalbandyan görüşün şərh edərkən deyib.
H.Hacıyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəvəti əsasında 8 dekabr tarixində gecə radələrində həmsədrlərin Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin birgə işçi şam yeməyi baş tutub. 
Hamburqdan görüşündən əvvəl Fransa xarici işlər nazirinin təklifi ondan ibarət idi ki, 2+3 formatında Hamburqda xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin. 
Təəssüf ki, Ermənistan tərəfinin destruktiv siyasəti və görüşlərdən qaçmaq siyasəti nəticəsində 2+3 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmadı.
Şam yeməyi əsnasında həmsədrlərlə növbəti il üçün danışıqlar prosesinin davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparılıb”- deyə, H. Hacıyev vurğulayıb.
Mürtəza
Gununsesi.info