Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

  • Müəllif: admin
  • 12 Dekabr 2016 13:31

qandal-qolda

Bərdədə qəbiristanlıqdan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 11-də Bərdə şəhər sakini Zülfü Əmrəliyev Bərdə Rayon Polis Şöbəsinə müraciət edərək sentyabrın 11-də Cəyirli kənd qəbiristanlığında dəfn edilmiş qardaşının məzarının mərmərdən olan sinə daşının və 2 ədəd güldanın oğurlanmasını bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ceyhun Sadıqov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin qəbiristanlıqdan daha 1 məzarın mərmərdən olan sinə daşını oğurlaması da müəyyənləşib.

Gununsesi.info