
Astarada baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, hadisə ötən gecə Astara şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini, 1989-cu il təvəllüdlü Samir Nizami oğlu Məmmədzadənin idarə etdiyi minik avtomobili onun əmisi oğlu Astara şəhər sakini, 1994-cü il təvəllüdlü Nicat Füzuli oğlu Məmmədzadənin idarə etdi “VAZ-2107” minik avtomobili ilə toqquşub.
Nəticədə “VAZ-2107”-nin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib, onun yanındakı sərnişin, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emil Elşad oğlu Həsənov və “BMW”-nin sürücüsü isə ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanası xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hadisə zamanı ölən “VAZ-2107” sürücüsü Nicat Məmmədzadənin bu gün toyu olacaqdı.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Gununsesi.info








