“Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək”.
Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir bildirib ki, silahların istehsalı istiqamətində danışıqlar başlayıb və yaxın illərdə istehsalı nəzərdə tutulub: “Bu silahlar 2 km məsafədə düşmənin radio-elektron qurğularını sıradan çıxaracaq”.
Nazir deyib ki, Azərbaycanın əsas məqsədi uzaq mənzilli raketlərin istehsalıdır. Bu istiqamətdə dünyanın hərbi şirkətləri ilə danışıqlar aparılır.
Gununsesi.info