Kayseri terroruna görə 7 nəfər saxlanıldı

  • Müəllif: admin
  • 17 Dekabr 2016 19:14

suleyman

 

Kayseri şəhərində baş verən terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb.Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib.

“Ölənlərdən 8-nin şəxsiyyəti artıq müəyyənləşdirilib. Yaralıların sayı 56-ya çatıb. Onlardan 12-nin vəziyyəti ağırdır. 4 nəfər isə komadadır. Olayla bağlı aparılan axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində 7 nəfər saxlanılıb. 5 nəfərin axtarışları isə davam edir”, – nazir bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Kayseridə baş verən terror aktında ölənlərin sayı 14-ə çatıb.

 

Gununsesi.info