“Əl-Bab əməliyyatının bitməsinə az qalıb” - PREZİDENT

  • Müəllif: admin
  • 24 Dekabr 2016 09:36

recep_tayyip_erdogan_150412_albom_2

Suriyada Əl-Bab əməliyyatının bitməsinə az qalıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İzmirdə yerli sakinlər qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyə terrorla bir neçə cəbhədə mübarizə aparır: “Böyük dövlət belə günlərdə bəlli olur. Böyük dövlət bu əməliyyatlarda bəlli olur”.

Türkiyənin müdafiə naziri Fikri İşık isə İsmitdə Əl Bab əməliyyatının gedişi barədə məlumat verib: “Strateji yüksəklik azad edilib. Terror haradadırsa, təhdid haradan gəlirsə, ora qədər getmək və terrorçuları məhv etmək Türkiyənin prioritetidir”.

Gununsesi.info