
“Real”ın futbolçusu İsko İspaniya kubokunda “Sevilya” ilə cavab oyununu buraxacaq.
Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, buna səbəb onun zədəli olmasıdır. La Liqanın 17-ci turunda “Qranada” ilə görüşdə zədələnən ispan yarımmüdafiəçi hələ də sağalmayıb.
Qeyd edək ki, “Sevilya” – “Real” matçı yanvarın 13-ü keçiriləcək.
Gununsesi.info




