Özbəkistanın Dünya Çempionatındakı ilk oyunu - Matç saatı

  • By Admin2
  • 15 İyun 2026 13:55

İyunun 11-dən etibarən ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə 2026-cı ilin Dünya Çempionatında iki türkdilli ölkə də çıxış edir.

D qrupunda yarışan Türkiyə milli komandası artıq ilk oyunu geridə qoyub. Qardaş ölkə iyunun 14-də Avstraliya millisinə 0:2 hesabı ilə məğlub olub.
Türkiyəni qarşıda ABŞ və Paraqvayla çətin oyunlar gözləyir. Qeyd edək ki, bu qrupda ABŞ Paraqvaya 4:1 hesabı ilə qalib gəlib.

Mindialdakı digər türkdilli ölkə – Özbəkistanın ilk oyunu da Azərbaycanda maraqla gözlənilir.

Gununsesi.info saytı xəbər verir ki, K qrupunda yer alan Özbəkistan millisi ilk turun oyununu  iyunun 18-də keçirəcək. Özbəklər Kolumbiya yığmasına qarşı oynayacaqlar. Həmin oyun Bakı vaxtı ilə səhər saat 6:00-da başlayacaq.

Qrupun digər oyununda Portuqaliya Konqo Demokratik Respublikası ilə qarşılaşacaq. Bu matç iyunun 17-də saat 21:00-da start götyürəcək.

Gununsesi.info