
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Malayziyaya yola düşüb.
Gununsesi.info XİN-ə istinadən verdiyi məlumata görə, nazir yanvarın 19-da Kuala-Lumpur şəhərində keçiriləcək İƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak edəcək.
Səfər əsnasında Elmar Məmmədyarovun ikitərəfli görüşləri və tədbirdə çıxışı nəzərdə tutulub.
Gununsesi.info












