Xırdalanda avtomobil 39 yaşlı kişini vuraraq öldürüb

  • By admin
  • 17 Yanvar 2017 18:20

piyade

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Abşeron Rayon Polis İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, bu gün rayonun Xırdalan şəhərində avtomobil 1978-ci il təvəllüdlü Muxtarov Aydın Sərdar oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info