
Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl.Cubeyr Davosda dünya iqtisadi forumunda çıxışı zamanı İranı terrorizmi dəstəkləməkdə itiham edib.
Gununsesi.info “rosbalt”-a istinadən xəbər verir ki, səudiyyəli nazir Tehranı eyni zamanda region ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edib.
“Ümid edərəm ki, İran terrorizmi dəstəklədiyinə, eyni zamanda ballistik raketlərlə bağlı sazişin şərtlərini pozduğuna görə və region ölkələrinin daxili işinə qarışdığına görə cavab verəcək”- deyə, Adil əl-Cubeyr bildirib.
Səudiyyəli nazir həmçinin Suriya münaqişəsinin tənzimlənməsi ilə bağlı Astanada keçiriləcək danışıqlar prosesini dəstəklədiyini də bəyan edib.
Gununsesi.info










