
Milli Məclsin (MM) İnsan hüquqları komitəsi yaz sessiyasının qanunvericilik işlər planını təsdiqləyib və iş planına uyğun olaraq, yaz sessiyasının gündəliyinə doqquz məsələ daxil edilib.
Bu barədə Gununsesi.info-ya açıqlamasında İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, komitə yaz sessiyası müddətində “İnsan hüquq və azdlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublika tərəfindən icrasının mümkünlüyü məsələsi haqqında”, “Deputatların etik davranış qaydaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında”, “Tütün məmulatalrının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Reproduktiv sağlamlığın qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qoruması haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq.
O, əlavə edib ki, bundan əlavə olaraq qanunvericilik təşəbbüsü ilə çıxış edən qurumlar tərəfindən daxil olacaq qanun layihələri və sənədlər də sessiya dövründə müzakirə olunacaq.
Komitə sədri həmçinin deyib ki, yaz sessisyası çərçivəsində tədbirlər planı da təsdiqlənib və tədbirlər planına 10 məsələ daxil edilib.
“Bunlar Xocalı soyqırımının 25 illiyi, “İslam Həmrəyliyi İli” elan olunması ilə bağlı tədbirlərin keçirilməsi, Ombudsman ilə Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, müdafiəsinin vəziyyəti, eləcə də birgə fəaliyyət formaları və istiqamətləri haqqında müzakirələr aparılacaq. Biz eyni zamanda, yəni, Milli Məclislə Mətbuat Şurası və Prezident yanında QHT-lər Dövlət Dəsətyi Şurası arasında əməkdaşlıq haqqında Memorandumdan irəli gələn öhdəliklərə həsr olunmuş məsələləri, Azərbaycan qarşı törədilmiş soyqırımı, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin cəzalandırılmasına nail olunması istiqamətində fəaliyyətin həyata keçirilməsini müzakirə edəcəyik. Yaz sessiyası müddətində İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu ilə əməkdaşlığın həyata keçirilməsini və digər məsələləri, xüsusən də, 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 18 iyun- Milli İnsan Hüquqları Günü ilə bağlı tədbirlə keçriməyi planlayırıq”- deyə, komitə sədri bildirib.
Mürtəza
Gununsesi.info












