
Türkiyənin məşhur müğənnilərindən olan Sibel Canın qızı Melisa Uralın illik təhsilhaqqı eşidənləri şoka salıb.
Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, S. Canın ayrıldığı əri Hakan Uraldan olan qızı M. Ural hazırda Londonda təhsilini davam etdirir.
Yay tətilinə gələn M. Ural ötən axşam İstanbulda bir məkanda yoldaşları ilə birlikdə doğum gününü qeyd edib. M. Ural çıxışda jurnalistlərin bütün suallarını cavablandırmayaraq, avtomobilinə əyləşərək ərazidən uzaqlaşıb.
Xəbərdə bildirilir ki, S. Canın qızı M. “London College of Communication” məktəbində təhsil alır. M. Uralın anası illik təhsil haqqı xərci üçün 13 min fut-sterlinq təhsil haqqı ödədiyi məlum olub.
Anar
Gununsesi.info












