Binəli Yıldırım Azərbaycana gəlir

  • Müəllif: admin
  • 26 Yanvar 2017 11:19
bineli-ildirim
Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana səfər edəcək.
Gununsesi.info Türkiyə mətbuatına istinadən məlumat verir ki, Türk Dünyası Mühəndis və Memarlar İttifaqının baş katibi İlyas Dəmirçi xəbər verir ki, Türkiyə baş nazirinin Azərbaycana martın 16-18-də səfər edəcəyi gözlənilir.
B.Yıldırımın başçılıq edəcəyi nümayəndə heyəti “Qitələri əhatə edən energetika və nəqliyyat meqalayihələri” şəhərsalma konfransında iştirak edəcək. Konfrans Türk dünyası Mühəndis və Memarlar İttifaqı və Türk dünyasının vətəndaş cəmiyyətləri Şurası tərəfindən təşkil olunacaq.
Gununsesi.info