Millinin oyunu “Bakcell Arena”da keçiriləcək

  • Müəllif: admin
  • 06 Fevral 2017 18:00

unnamed (10)

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Şimali İrlandiya yığması ilə qarşılaşacağı stadion müəyyənləşib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycan – Şimali İrlandiya qarşılaşması iyunun 10-da “Bakcell Arena”da keçiriləcək.

Qeyd edək ki, matçın start fiti Bakı vaхtı ilə saat 22.00-da veriləcək.

Anar
Gununsesi.info