ABŞ-da gecə klubunda atışma olub, ölənlər var

  • Müəllif: admin
  • 06 Fevral 2017 21:03

260631

 

ABŞ-ın Yazu-Siti şəhərində (Missisipi ştatı) silahlı insident baş verib.

Gununsesi.info TASS agentliyinə istinadən verdiyi xəbərə görə, gecə klubunun avtomobil dayanacağında baş verən atışma nəticəsində 4 nəfər ölüb.

Onlardan ikisi hadisə yerində, daha ikisi xəstəxanada ölüb. İlkin məlumata görə, hadisə mübahisə zəmində baş verib. İnsidentlə əlaqədar bir nəfər polis tərəfindən saxlanılıb.

 

 

Gununsesi.info