
İki yaşlı körpə üzərinə televizor düşməsi nəticəsində ölüb.
Gununsesi.info Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Xaçmaz rayonunun Xudat şəhərində qeydə alınıb. Orada yaşayan 2 yaşlı Ümüd Zahirlinin üzərinə televizor düşüb. Körpə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info












