Suriya təyyarələri Vaer mahalını bombalayıb - 9 NƏFƏR ÖLÜB

  • By admin
  • 10 Fevral 2017 18:00

HELEB

Suriya döyüş təyyarələri müxalifətin nəzarətində olan Vaer mahalına zərbələr endirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bombardman nəticəsində onlarla ev dağılıb, 9 nəfər ölüb, xeyli sayda insan yaralanıb. Ölənlər arasında bir azyaşlı da var.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, Vaer mahalı 2011-ci ilin mayından etibarən rejim güclərinin mühasirəsindədir.

Anar

Gununsesi.info