Hindistan bayrağı altında üzən üç tanker Hörmüz boğazından uğurla keçib və Hindistana doğru yola düşüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Hindistanın nəqliyyat naziri Sarbananda Sonovala məlumat verib.
“Təhlükəsiz keçid təmin edilib. Üç Hindistan tankeri Hörmüz boğazını uğurla keçib və Hindistana doğru yola düşüb. Gəmilər 860.000 tondan çox xam neft daşıyır və göyərtəsində 94 hind dənizçisi var” – məlumatda qeyd olunur.
ABŞ və İran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. 17 iyunda ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının qismən açıq olduğunu elan etdi.
İyunun 20-də İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı Tehranın ABŞ ilə memorandumunu pozaraq İsrailin Livan ərazisinə davam edən hücumları səbəbindən Hörmüz boğazını bağladığını açıqlayıb.











