
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Gununsesi.info FHN-in saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1961-ci il təvəllüdlü Barekina Larisa Nikolayevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:55-də başa çatıb.
Anar
Gununsesi.info












