
Türkiyənin Ağrı şəhərində 6 min metrlik bağlı sahəyə sahib meyvə-tərəvəz bazarının damı üzərində toplaşan qara görə çöküb.
Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölənlər olmasa da, xəsarət alanlar var.
Ağrının valisi Musa Işın bildirib ki, dağıntıların altından indiyə qədər 1 yaralı çıxarılıb, daha 2 nəfərin xilasetmə işləri aparılır.
Gununsesi.info












