
Bəzi işbazlar ölkədə manatın mövqeyinin möhkəmlənməsinə baxmayaraq qiyməti artırmaqla hökumətin həyata keçirdiyi siaysətə mane olurlar.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Əli Məsimli parlamenitn bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə. son dövlərdə manatın dolalra nisbətdə mövqeyinin möhkəmlənməsinə baxmayaraq ölkədə qiymət artımı davam edir. “2016-ci ildə əməkhaqqılarının 7% artsa da, infilyasiya 12%, qiymətlər isə 15%-dən artıq olub. Buna görə də Azərbaycan hökuməti 2017-ci ildə infilyasiyanı 7% ətrafında götürməsi düzgündür. Ancaq bəzi işbazlar Azərbaycan hökumətinin müəyyən etdiyi bir qaydanı pozmaqda davam edirlər. Yəni bu işbazlar hökumətin müəyyən etdiyi infilyasiya qaydalarını pozurlar. Bu gün ölkədə yumurtadan başqa digər bütün istehlak məhsullarının qiymətində artım müşahidə olunur. Bununla da əhalidə narazıçılıq yaradırlar. Bu qiymət artımı isə hökumətin hədəfinə çatmasına imkan vermir”- deyə, o, bildirib.
Ə.Məsimli bidlirib ki, aidiyyatı qurumlar məsləyə diqqət yetirib belə halların qarşısını almalıdır. “Axı niyə görə manatın mövqeyinin möhkəmlənməsi fonunda qiymət artımı olmalıdır. Bu işbazlar vətəndaşın pensiyasının və əməkhaqqısının üməyyən dərəcədəd artdığını bilərək, o, artım qiymət qaldırmaqla onların əlindən alır. Buna yol vermək olamz. əgər aidiyyatı qurumlar müdrikcəsinə bu prosesə susaraq, hansısa addımlar atmırlarsa deməli onalrla bu məsuliyyəti bölüşür. Həmin işbazların əməllərinin iştirakçısına çevrilomiş olurlar”.
Millət vəkili Fərəc Quliyev də Əli Məsimlinin təklifini dəstəkləyərək bildirib ki, aidiyyatı qurumlar bu məsləyə ciddi yanaşaraq, qiymətlərin süni artımın qarşısını almalıdır. Deputat onu da bildirib ki, dollarin qiymətində enmələr müşahidə olunsa da amma qiymətlər baha olaraq qalır.
Mürtəza
Gununsesi.info











