
Millət vəkili “Lissoban” sammitinin uğurlarından danışıb.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsi ciddi müzakirlərə səbəb olub.
Müzakirlərə zamanı çıxış edən millət vəkili Xanhüseyn Kazimlı Azərbaycanın hərbi sahədə əldə etdiyi uğurlardan danışaraq bildirib ki, ermənilərin torpaqlarımızı işğal etməsinə baxmayaraq, ölkə başçısının həyata keçirdiyi siaysət nəticəsində xeyli uğurlar əldə edilib:
“Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Ramil Səfərov (onu da deyək ki, X. Kazımlı bu zaman Ramil Usubov dedi-red.) Macarıstanda həbs olunsa da, sonda ölkəmizə ekstradisiya olundu. Lissobon (Lissabon demək əvəzinə Lissobon dedi-red.) samitini də xatırlayırsınız… Murovdağ əməliyyatını da yada salmaq olar”.
X. Kazımlı onu da əlavə edib ki, sərhədyanı ərazilərdə insanlar dəhşətli qorxu içində yaşayırlar:
“50-80 km sərhəddə yaxın ərazilərdə heç bir sahibkar bir manat da olsun bu ərazilərə sərmayə qoymayıb. Təbii ki, bunun da əsası var. Kartof əkilməyən yerdə kartof anbarının tikilməsinə nə əsas var? Ümumiyyətlə, mən qanunun tərəfdarıyam və səsə verəcəyəm. Lakin bununla belə bir sıra qanunla bağlı bir iradlarım var. Qanunun dili yumuşaldılsa yaxşı olar”.
Buna cavab olaraq birinci vitse-spiker Ziyafət Əsgərov bildirib ki, qanunun dili yumşaldıla bilməz:
“Çünki bu, “ Hərbi vəziyyət haqqında “ qanun layihəsidir. Hərbi qanunvericiliyin də dili möhkəm olmalıdır”.
Mürtəza
Gununsesi.info












