
AFFA-nın baş katibi Elxan Məmmədov Avropanın bir neçə milli futbol assosiasiyasının rəhbərlərinə öz seçki platformasını təqdim edib.
Gununsesi.info AFFA-ya istinadla xəbər verir ki, Skandinaviya və Baltik ölkələrinin təşəbbüsü ilə Danimarkanın paytaxtı Kopenhagen şəhərində UEFA İcraiyyə Komitəsinə namizədlərlə görüş keçirilib.
Tədbirdə 13 namizəddən AFFA-nın baş katibi Elxan Məmmədov da daxil olmaqla 7 namizəd iştirak edib. Namizədlər ayrılıqda Danimarka, Estoniya, Farer adaları, İslandiya, Latviya, Norveç və İsveç milli futbol assosiasiyalarının rəhbərlərinə öz seçki platformalarını təqdim ediblər və sualları cavablandırıblar.
Gununsesi.info









