Tramp Ağ Evdən xəbərlərin sızmasında Obamanı ittiham etdi

  • Müəllif: admin
  • 28 Fevral 2017 10:03

obama-tramp1

Ağ Evi nüfuzdan salan informasiyaların mediaya sızdırılmasının arxasında keçmiş prezident Barak Obama və onun ətrafı durur.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp “Fox News”-a müsahibəsində deyib.

O bunun çox ciddi məsələ olduğunu, ABŞ-ın milli təhlükəsizliyinə təsir etdiyini bildirib. Donald Tramp bu kimi xəbər sızdırmaların hələ də davam etdiyini qeyd edib.

Daha əvvəl CNN ABŞ prezidenti Donald Trampın Ağ Ev əməkdaşlarının jurnalistlərlə danışıb-danışmamasını öyrənmək üçün onların mobil telefonlarını yoxlamaq barədə qərar verdiyini yazmışdı.

Gununsesi.info