Yaponiyada dəhşətli hərbi aviasiya qəzası baş verib. Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) F-2A qırıcısının Sakit Okean üzərində təlim uçuşu zamanı İbaraki prefekturasının sahillərində qəzaya uğradığını açıqlayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, saar 12:34-də baş verən qəzada təyyarədəki tək pilotun havadan çıxmağı bacardığı və UH-60J helikopteri tərəfindən sağ-salamat xilas edilərək xəstəxanaya aparıldığı bildirilib.
Qəzaya uğrayan təyyarənin İbaraki prefekturasındakı Hyakuri aviabazasına bağlı olduğu bildirilir. Ərazidəki gəmilərə heç bir ziyan dəyməyib, ətraflı araşdırmalara başlanılıb.
Orxan












