
ABŞ-ın sabiq dövlət katibi Con Kerri bundan sonra Vaşinqtonda fəaliyyət göstərən Karnegi Fondunun eksperti kimi çalışacaq.
Gununsesi.info NTV.ru-ya istinadən məlumat verir ki, bu barədə sözügedən fondun prezidenti Uilyam Berns bildirib. Onun sözlərinə görə, Karnegi Fondu bundan sonra sabiq dövlət katibinin təcrübəsindən yararlanacaq.
Qeyd olunur ki, sabiq dövlət katibi münaqişələrin həlli və ətraf mühit sahəsində beynəlxalq çağırışlarla məsğul olacaq.
Gununsesi.info












