Əhali ən çox nəyə pul xərcləyir?

  • By admin
  • 16 Sentyabr 2020 14:29

2020-ci ilin yanvar-avqust aylarında pәrakәndә ticarәt şәbәkәsindә istehlakçılara 24,6 milyard manatlıq, o cümlәdәn, 13,3 milyard manatlıq әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatları, 11,3 milyard manatlıq qeyri-әrzaq malları satılıb.

Gununsesi.info-nun Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2019-cu ilin müvafiq dövrü ilә müqayisәdә cari ilin yanvar-avqust aylarında pәrakәndә ticarәt dövriyyәsi real ifadәdә 1,8 faiz, o cümlәdәn qeyri-әrzaq malları üzrә 6,9 faiz azalıb, ərzaq mәhsulları, içkilәr vә tütün mәmulatları üzrә isә 3,3 faiz artıb.

2020-ci ilin yanvar-avqust aylarında istehlakçıların pәrakәndә ticarәt şәbәkәsindә xәrclәdiyi vәsaitin 54,1 faizi әrzaq mәhsulları, içkilәr vә tütün mәmulatlarının, 14,6 faizi toxuculuq mәhsulları, geyim vә ayaqqabıların, 5,5 faizi elektrik malları vә mebellәrin, 5,4 faizi avtomobil benzini vә dizel yanacağının, 1,8 faizi әczaçılıq mәhsulları vә tibbi lәvazimatların, 0,8 faizi kompüterlәr, telekommunikasiya avadanlıqları vә çap mәhsullarının, 17,8 faizi isә digәr qeyri-әrzaq mallarının alınmasına sәrf olunub.

Gununsesi.info