Eynulla Fətullayev:”Milli Məclisin sədri maraqlansa, Səfər Mehdiyevlə söhbətimizin audio yazısını təqdim etməyə hazıram”

  • By admin
  • 14 Dekabr 2021 14:50

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin jurnalist Eynulla Fətullayevə verdiyi müsahibəsində səsləndirdiyi bəzi fikirlər Milli Məclisin bu gnü keçirilən iclaslnda müzakirə mövzusu olub.

Spiker Sahibə Qafarova bunları deyib: “Bu günlərdə Səfər Mehdiyevin bir neçə saytda müsahibəsi verilib. Müsahibənin bir yerində deputatlar qanunsuz fəaliyyətdə ittiham olunub. Dünən Səfər müəllim mənə zəng edərək dedi ki, onun fikirləri təhrif edilib. Əslində, o, deputatları deyil, məmurları nəzərdə tutub”.

Gununsesi.info xəbər verir ki, Jurnalist Eynulla Fətullayev isə haqqın.az saytında Milli Məclisin sədri Sahibə Qafarovanın bugünki açıqlamasına cavab verib:

“İnanmıram ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Milli Məclisin sədri Sahibə Qafarovaya mənimlə söhbətində bəzi deputatların qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirmədiyini desin. Çünki cənab S.Mehdiyevin icazəsi ilə söhbətimizin səsini yazmışam. Üstəlik, S.Mehdiyev Baş nazir Əli Əsədovun iştirakı ilə keçirilən iclasda bu tənqidi səsləndirmək və deputatlara cavab vermək istədiyini bildirib. Lakin reqlament buna etməyə imkan verməyib. Milli Məclisin sədri maraqlansa, Səfər Mehdiyevlə söhbətimizin audio yazısını təqdim etməyə hazıram”.

Xatırladaq: Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin məlum müsahibəsindən belə fikirlər yayılıb: “Təəssüf, bizim bəzi deputatlarımız gömrüyün şəffaf işləməyə başladığına inana bilmir. Buyurub müraciət etsinlər və bütün sənədləri, bütün statistikanı təqdim edək.

Gununsesi.info