Abbas Abbasovun oğlu dilə gəldi - ATAMA BÖHTAN ATILIR...

  • By admin
  • 04 May 2018 09:03

Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasovun oğlu, sabiq deputat Aydın Abbasov başda Orduxan Teymurxan olmaqla, mühacir müxalifət fəallarının atası  tərəfindən maliyyələşdirilməsi haqda yayılan informasiyalara cavab olaraq xüsusi bəyanatla çıxış edib.

Gununsesi.info bildirir ki, özünün sosial şəbəkədəki hesabında sabiq deputat atasına böhtan atıldığını deyir:

Yaşamaq üçün ürə gərək, vicdan gərək, səmimiyyət gərək!

Allah dövlətimizi və dövlət əxlaqı olan kişilərimizi qorusun.

Dövlətə, millətə, rəhbərə necə xidmət olunur, biz bunu ailədən gördük. Təhrikçilər və böhtançılar həmişə olub və gələcəkdə də olacaq, onlara zaman özü cavab verəcək. Biz isə millətə, dövlətə və prezident İlham Əliyevə xidmət etməyə davam edəcəyik. Və kim ki, sizə belə məqalələri sifariş edir, qoy öz fikirlərini nizama salsınlar və mənəvi sima əldə etsinlər. Bu, atam haqqında böhtan və yanlış məqalələrə mənim qısa cavabımdır. Ümid edirəm ki, mən öz fikirlərimi əxlaq çərçivəsində çatdıra bildim”.

Gununsesi.info