Gununsesi.info-nun aznews.az-a istinadən verdiyi məlumata görə, uşağın nənəsi deyib ki, qız 6 yaşında olarkən atası Abdulla onu zorlayıb.

Qız 2010-cu ildə Suriyaya qaçırılıb. Nənəsi sonuncu dəfə onunla 2016-cı ildə əlaqə saxlayıb.

Nənəsi deyir: “Hər şey Nastyanın anası, daha sonra atalığı öləndən sonra başladı. Bioloji atası sayılan Abdulla onu götürüb apardı. O, uşağın atalığından qalma evə sahib çıxmaq istəyirdi. O, öz qızı ilə arvadı kimi yaşayıb”.

Bu il Nastyanın 14 yaşı tamam olur. Qız heç vaxt məktəbə getməyib və atası ilə birgə Suriyada döyüş bölgəsində yaşayıb.

14 noyabr 2017-ci ildə qızın oğurlanması ilə bağlı cinayət işi açılıb.

Cinayət işində deyilir ki, oğurlayan şəxsi 12 il azadlıqdan məhrumetmə gözləyir.

Gununsesi.info