Abdullah Zubir: Ürəyim “Qarabağ”dadır

  • By admin
  • 26 Avqust 2019 09:55

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Fransanın “Qenqam” klubunun onunla maraqlanmasına münasibət bildirib.

Gununsesi.org xəbər verir ki, yarımmüdafiəçi hələlik Ağdam klubuna məxsus olduğunu, danışıqların klublar arasında getdiyini bildirib:

“Mən “Qarabağ”ın futbolçusuyam. İşim burdakı oyunlara çıxıb komandama kömək etməkdir. “Qenqam” məsələsinə gəlincə, klublar arasında danışıq ola bilər. Amma mən o barədə düşünmürəm. Ürəyim “Qarabağ”dadır və burada özümü xoşbəxt hiss edirəm”.

Gununsesi.org