ABŞ Əli Əliyevin həbsini pislədi

  • By admin
  • 05 Fevral 2022 00:20

Vaşinqton yanvarda böhtan ittihamı ilə mühakimə olunan Vətəndaş və İnkişaf Partiyasının sədri, Azərbaycan hökumətinin fəal tənqidçisi Əli Əliyevin həbsinə reaksiya verib.

“Biz Əli Əliyevin cinayət işi üzrə qərardan məyusuq”, – Dövlət Departamentinin sözçüsü  TURANa bildirib.

“Biz Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə, o cümlədən ifadə azadlığı hüququna hörmət etməyə çağırırıq”.

Əli Əliyev ötən ilin dekabrında Youtube kanalı Osmanqızı TV-yə verdiyi müsahibədə Sərhəd Xidmətinin vertolyotunun qəzasında sağ qalanlarla bağlı fikirlərinə görə yanvarın 13-də böhtan ittihamı ilə 5 aylıq həbs edilib.

 

Gununsesi.info