ABŞ-a mühacirət edən prokuror danışdı -RÜFƏT SƏFƏROVLA DOSTAM

  • By admin
  • 15 Sentyabr 2016 15:37

adil-mammadov

“Mən Rüfət Səfərovla dost olmuşam. O işdən çıxandan sonra da münasibətlərimiz qalıb. Onun həbsinə təəssüfümü bildirirəm. Allah qapısını açsın. Məni işdən azad edərkən, intizam məsələsi əsas gətirilib”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında “üsyankar müstəntiq” Rüfət Səfərovla münasibətlərinə görə Qubadlı Rayon Prokurorunun köməkçisi vəzifəsindən azad olunan Adil Məmmədov söyləyib.

Xatırladaq ki, iki gün öncə Gununsesi.info Adil Məmmədovun Rüfət Səfərovla dostluq əlaqələrinə görə, prokurorluqdan xaric edildiyi və Amerika Birləşmiş Ştatlarına mühacirət etməsi  barədə xəbər yayıb. Həmin xəbərdə bildirilir ki, Rüfət Səfərovla yaxın münasibətləri olan Qubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədov sabiq müstəntiqin istefasından sonra davamlı olaraq, onunla telefon əlaqəsi yaradıb və bir neçə dəfə görüşləri olub.

Bu yaxınlığının güdazına gedən  Adil Məmmədov  “15 dəqiqə işə gecikməsi” səbəbiylə prokurorluq orqanlarından xaric edilib. Bu yaxınlarda isə müxtəlif yollarla Amerikaya yollanan sabiq prokuror Rüfət Səfərovla yaxınlığını sübut edən yazışmaları, birgə fotolarından istifadə edərək, Kaliforniyada oturum ala bilib.

Saytımıza açıqlamasında Adil Məmmədov ABŞ-a köçdüyünü təsdiqləsə də əlavə bir söz deməyəcəyini bildirib.

Elmar