Arıqladan detoks

  • By admin
  • 15 Sentyabr 2016 15:32

patretoks

Müxtəlif meyvə və tərəvəzlərdən hazırlanan detoks yalnız orqanizmi şlaklardan təmizləmir, həm də bədəni lazım olan vitaminlərlə təmin edərək həzm sistemini yaxşılaşdırır. Qaraciyər sağlamlığını qoruyur, onun işini yaxşılaşdırır.

Gununsesi.info Qərb mətbuatına istinadən xəbər verir ki, payız ayları üçün nəzərdə tutulanbu detoksu çeynəmək problemi də yoxdur. Şirə şəklində hazırlanan və yaşıl tərəvəzlərdən hazırlanan  detoksu içə bilməsəniz, içinə limon əlavə edin. Bu detoksu içdikdən sonra orqanizminiz sizə minnətdarlıq edəcək və bir çox orqanlar təmizlənəcək. 

Səhər içilməsi məsləhət görülən və orqanizmi təmizləyən detoksun hazırlanması üçün lazım olan inqridientlər: 

1 ədəd yaşıl alma

1 ədəd limon

1 ədəd xiyar

3-4 sap nanə yarpağı

Qoz boyda təzə və ya yarım çay qaşığı zəncəfil

1stəkan su

Hazırlanması: Alma, xiyar və limonu doğrayaraq blenderə atın. Əgər almalar çox kiçikdirsə, 2 dənəsini atın. Üzərinə  zəncəfil də əlavə edin. 

Həftəlik təklif olunan detoks qarışığından səhər yuxudan qalxan kimi və günorta yeməyindən bir saat əvvəl gündə 2 stəkan içmək təklif olunur. 

İmmunitet sistemini gücləndirən detoks 

Ərzaqlar:

1 ədəd alma

3 sap kərəviz

4 kələm yarpağı

½ limon

1-1.5 sm soyulmuş zəncəfil kökü 

Hazırlanması: Bu ərzaqları şirə çəkən maşına əlavə edib suyunu süzün. Detoks səhərlər oyanan kimi içilməlidir. Bədənə enerji verir, A, B və C vitaminləri ilə zəngin olduğu üçün immuniteti gücləndirir, orqanizmi toksinlərdən və zəhərli maddələrdən təmizləyir.

patretoks1

Gülnaz Qənbərli

Gununsesi.info