ABŞ-da baş vermiş atışmada 1 yeniyetmə ölüb, 5 nəfər yaralanıb

  • Müəllif: admin
  • 25 Noyabr 2017 19:08


ABŞ-ın Klivlend şəhərində atışma olub.
“Report”un məlumatına görə, bu barədə “ABC” telekanalı xəbər verib.
Xəbərdə bildirilir ki, silahlı toqquşma yeniyetmələrlə naməlum şəxslər arasında baş verib. Atışma zamanı 1 yeniyetmə öldürülüb, daha 5-i yaralanıb. Onlar 12-16 yaşlarındadır.
Polis rəisi Kelvin Uilyams ölmüş yeniyetmənin ailəsinə başsağlığı verib və insidentin araşdırılması üçün ictimaiyyəti köməyə çağırıb.

Gununsesi.info