ABŞ-da fövqəladə vəziyyət – Tramp xəbərdarlıq etdi

  • By admin
  • 07 Oktyabr 2017 21:56

donald-tramp
Mərkəzi Amerikada ciddi fəsadlara səbəb olan “Neyt” qasırğası Meksika körfəzinə doğru hərəkət etməyə başlayıb.

Gununsesi.info xəbər verir ki, təhlükəli qasırğa səbəbindən ABŞ-ın Luizana, Missisipi, Alabama və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib.

Mövcud vəziyyətlə bağlı ABŞ prezidenti Donald Tramp 4 ştatın əhalisinə səslənərək, rəsmi xəbərdarlıqları dinləməyi məsləhət görüb.

 

Gununsesi.info