ABŞ-da hər 12 kişidən biri geydir - Alimlər təsdiqlədi

  • By admin
  • 02 İyun 2016 16:43

 Gayy

ABŞ alimləri müəyyən edib ki, hər 12 amerikalıdan biri geydir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Life.ru” xəbər verir.

Məlumata əsasən, üç ABŞ universitetinin (Floridanın Atlantik Universiteti, San-Dieqo Dövlət Universiteti və Vaydener Universiteti) alimləri 1973-2014-cü illər ərzində aparılan araşdırmaları nəzərdən keçirərək bu qənaətə gəliblər ki, eynicinsli əlaqələrin sayı iki dəfə, cəmiyyətin belə münasibətlərə reaksiya göstəricisi isə dörd dəfə artıb.

Alimlər 40 mindən çox insan arasında sorğu keçirib. Sorğunun nəticələri göstərib ki, öz cinsindən olan şəxslərlə əlaqəyə girən kişilərin sayı 4,5%-dən 8,2%-ə çatıb. Eynicinsli əlaqədə olan qadınların sayı 3,6%-dən 8,7%-ə yüksəlib.

Admiral.az