ABŞ-da koronavirusdan ölənlərin sayı 137 mini ötdü

  • By admin
  • 12 İyul 2020 11:59

ABŞ-da son 24 saat ərzində daha 40 744 nəfər koronavirusa yoluxub.

Gununsesi.org xəbər verir ki, bununla da ölkədə Covid-19-a yoluxanların sayı 3,332,530-a çatıb.

Son sutkada daha 540 nəfər virusun qurbanı olub. Ümumi ölüm sayı isə 137 211-dir.

Ölkədə indiyədək Covid-19-a yoluxanlardan 1,479,618-i sağalıb. Aktiv xəstələrin sayı isə 1,715,701-dir.

 

 

 

Gununsesi.org