ABŞ-da koronavirusun daha bir dalğası başladı: Peyvəndin üçüncü dozası təsdiqləndi

  • By admin
  • 13 Avqust 2021 10:48

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) immuniteti zəif insanlar üçün “Pfizer” və “Moderna” koronavirus peyvəndlərinin üçüncü dozasını təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə qurumun saytında xəbər verilib.

Bildirilir ki, ölkədə koronavirus pandemiyasının daha bir dalğası başlayıb. İmmun sistemi zəif olan insanlar üçün xəstəliyin ağırlaşma riski var. Bu səbəbdən peyvəndin “buster” dozasına (üçüncü doza) ehtiyac ola bilər.