ABŞ-da məşhur idmançı qəzada ölüb

  • By admin
  • 25 Sentyabr 2016 22:42

images-1

 

ABŞ-da Mayami şəhəri sahilində yaxta qayaya çırpılıb.

Gununsesi.info-nun CBS telekanalına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında baş verən qəza nəticəsində ABŞ Yüksək Beysbol Liqasının ulduzu Xose Fernandes də daxil olmaqla, 3 nəfər ölüb.

Sahil Mühafizə Xidmətinin əməkdaşları onların cəsədlərini sudan çıxarıblar. Yaxtada digər insanların da olduğu barədə dəqiqləşdirilməmiş məlumatlarla əlaqədar suda axtarışlar davam etdirilir.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü X.Fernandes “Miami Marlins” komandasının üzvüdür. Artıq komanda idmançının faciəli ölümü ilə əlaqədar başsağlığı yayıb və bazar günü “Atlanta Braves” komandası ilə planlaşdırılmış görüşü ləğv edib.

 

 

Gununsesi.info