ABŞ-da pandemiya qurbanlarının sayı 73 mini ötdü

  • By admin
  • 07 May 2020 10:10

ABŞ-da koronavirus qurbanlarının sayı artıb.

Gununsesi.org xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanları, KİV və başqa mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, ABŞ-da COVID-19-dan 73 039 insan ölüb. Ölkədə virusa yoluxma hallarının ümumi sayı 1 223 468 təşkil edir. Birləşmiş Ştatlarda COVID-19-a yoluxmuş 190 min insan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

Gununsesi.org