Merilənddə biznes parkın ərazisində atışma baş verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yerli şerif “Twitter” hesabında bildirib ki, hadisə nəticəsində 3 nəfər ölüb. İki nəfərin vəziyyəti ağırdır.
Əvvəl 5 yaralının olduğu bildirilmişdi.
Hadisəni törədən şəxs qaçıb, hazırda polis onu axtarır.